Bank Of Baku

Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələri artır

Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələri artır
# 21 iyul 2012 11:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda İpoteka Fondunun xətti ilə bu ilin ilk 5 ayında verilən ipoteka kreditlərinin məbləği orta hesabla 39 min manatdır. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

AMB-nin məlumatlarından məlum olur ki, ölkə vətəndaşları ipoteka kreditini (AİF-in xətti ilə verilən kreditlər) getdikcə daha uzun müddətə götürməyə üstünlük verirlər. Ötən ilin ilk 5 ayının nəticələrinə görə kreditlərin orta müddəti 270 ay təşkil etdiyi halda, bu il iyunun 1-ə bu müddət 277 ay (təqribən 23 il) təşkil edib.

İpoteka kreditləri üzrə faiz dərəcələri də artır - bir il əvvəl kreditlər üzrə orta faiz dərəcəsi 6,92% olduğu halda, hazırda bu göstərici 7,14%-dir.

Faiz dərəcələri ilə yanaşı, aylıq ödənişin məbləği də artıb - ötən ilin ilk 5 ayının nəticələrinə görə orta aylıq ödəniş 303 manat olubsa, indi bu rəqəm 312 manata qalxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR