Bank Of Baku

Azərbaycana sement zavodlarının tikintisi üçün idxal olunan mallar ƏDV-dən azad olunub

Azərbaycana sement zavodlarının tikintisi üçün idxal olunan mallar ƏDV-dən azad olunub
# 23 iyul 2012 09:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Nazirlər Kabineti Azərbaycana gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına əlavə edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Əlavəyə əsasən, istehsal gücü gündə 5000 ton klinker və ya ildə 2 milyon ton sement təşkil edən və APİ (American Petroleum İnstitute) standartlarına cavab verən quyu-tamponaj sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, materiallar və avadanlıqlar 2014-cü il yanvarın 1-dək əlavə dəyər vergisindən azad olunub.

Nazirlər Kabineti bununla bağlı olaraq "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarına da dəyişiklik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR