Bank Of Baku

Azərbaycanda kommunal ödəmələrin avtomatik həyata keçirilməsi tətbiq oluna bilər

Azərbaycanda kommunal ödəmələrin avtomatik həyata keçirilməsi tətbiq oluna bilər
# 23 iyul 2012 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın bank sistemi və elektron ödənişlər sistemi birbaşa debetləşməyə hazırdır. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının «Ödəniş sistemləri və hesablaşmalar» departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

Qeyd edək ki, birbaşa debetləşmə vətəndaşın razılığı ilə onun bank hesabından kommunal və digər aylıq ödəmələrin avtomatik ödənilməsidir.

K.Qurbanova bildirib ki, hazırda bunun üçün bütün infrastruktur, o cümlədən proqram təminatı hazırdır. Sistemin işləməsi üçün sadəcə ölkə vətəndaşlarının banklarda hesabı olmalı, eləcə də insanlar bu sistemlə işləməyə hazır olmalıdırlar: «Azərbaycan vətəndaşları buna psixoloji cəhətdən hazır olmalıdırlar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR