Azərbaycanda gömrükdə müsadirə edilən mallar hərracda satılacaq
Gömrük Məcəlləsi əsasında hazırlanmış qaydalara əsasən, bu hərraclarda şəxsin dövlətin xeyrinə imtina etdiyi və dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələri də satılacaq.
Qaydalara əsasən, hərracların təşkilatçısı və burada satıcı qismində Dövlət Gömrük Komitəsinin tabeliyində olan «Azərterminalkompleks» Birliyi çıxış edir. Gömrük hərraclarında satışa çıxarılan malların ilkin satış qiyməti «Qiymətləndirmə fəaliyyəti haqqında» qanuna uyğun olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir. Hərraca qatılmaq üçün iştirakçılar malın qiymətinin 0,5%-dən çox olmamaq şərti ilə iştirak haqqı ödəməlidir.
Qaydalara görə, malların gömrük hərraclarında satılması üçün Komitənin, Maliyyə Nazirliyinin və satıcının əməkdaşlarının daxil olduğu 5 nəfərdən ibarət hərrac komissiyası yaradılır və sədr təyin edilir.
Satıcı gömrük hərracı vasitəsilə hərraca çıxarılan əmlak haqqında hər növbəti hərrac gününə ən geci 30 gün qalmış KİV-də və Komitənin internet saytında hərrac, burada satılacaq əmlak, ilkin satış qiyməti, sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün tələb olunan sənədlər, ilkin satış qiyməti, behin məbləği və s. əks etdirən elan dərc etdirir.
Hərracda təklif olunan malı iki və daha artıq iştirakçı almaq istəyərsə, onun məbləği tədricən artırılır və daha yüksək məbləğ təklif edən şəxs qalib elan olunur. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 5 iş günü ərzində iştirak üçün verdiyi beh nəzərə alınmaqla alış qiymətini ödəməlidir.
Hərracın nəticələri və ya baş tutmadığı hallar barədə məlumat hərrac tarixindən 10 gün ərzində KİV-də və Komitənin internet saytında yayılmalıdır.
İlk iki hərracda iştirakçı olmadıqda və ya mal satılmadıqda, üçüncü hərracda malın qiyməti 10%, 4-cü hərracda 25%, 5-ci hərracda isə 50% aşağı salınır. Mallar (qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları istisna olmaqla) axırıncı hərracda da satılmadıqda, bazar qiymətləri nəzərə alınmaqla, «Qiymətləndirmə fəaliyyəti haqqında» qanunla müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərraca çıxarılır. Hərracdakı satışlardan əldə edilən vəsait hərracın təşkili, daşınma və s. xərclər çıxıldıqdan sonra gömrük sisteminin büdcədənkənar inkişaf fonduna köçürülür.
Şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin satışından əldə olunan vəsait dövlət büdcəsinə köçürülür.
Hərraclarda gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə ala bilməzlər.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb