Bank Of Baku

Azərbaycanın avtomobil sığortası bazarı kəskin artıb

Azərbaycanın avtomobil sığortası bazarı kəskin artıb
# 22 oktyabr 2012 08:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın avtomobil sığortası bazarında üzrə ümumilikdə 97,492 mln. manat həcmində sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 dəfə çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə bu sığorta növü üzrə məcmu ödənişlər 50% artaraq 20,556 mln. manat təşkil edib.

Hesabat dövründə könüllü avtomobil sığortası üzrə yığımların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 44,067 mln. manata, avto-qəza hadisələrinə görə verilən ödənişlərin həcmi 39% artaraq 16,867 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə daxilolmaların həcmi 53,425 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 16 dəfə çox olub. Son bir il ərzində icbari avtomobil sığorta üzrə ümumi ödənişlər 5 dəfə artaraq 3,689 mln. manat təşkil edib.

Könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazar üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 17,2%, icbari avtomobil sığortasının payı isə 21% təşkil edib. Onu da qeyd edək ki, əvvəlki illərlə müqayisədə icbari avtomobil sığortası növünün məcmu sığorta haqlarındakı payının artmasına səbəb «İcbari sığortalar haqqında» qanunun qəbulu və bununla əlaqədar sığorta tariflərinin kəskin artımı olub.

Aparılan araşdırmada məlum olub ki, bazarda avtomobil sığortası üzrə ən çox yığımlar «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2011-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 256,326 mln. manat, ödənişlərin həcmi isə 67,650 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR