Bank Of Baku

«A-Group» sığorta şirkətinin daxilolmaları 13% artırıb

«A-Group» sığorta şirkətinin daxilolmaları 13% artırıb
# 22 oktyabr 2012 09:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin 2012-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının ümumi həcmi 7,340 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödədiyi vəsaitlərin həcmi 8,3% artaraq 4,053 mln. manata çatıb.

Ənənəvi olaraq, bu ilin 9 ayında ən çox sığorta haqqı «Avtomobillərin KASKO sığortası», «Tibbi sığorta», «Əmlak sığortası» və «İpoteka kreditlərinin sığortası» növləri üzrə yığılıb.

Xatırladaq ki, «A-Group» sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR