Azərbaycanda çirkli pullara qarşı mübarizə üçün e-tədris sistemi hazırlanıb
«APA-Economics»in məlumatına görə, USAID-in Azərbaycandakı missiyası ilə birgə hazırlanan e-tədris sisteminin məqsədi Çirkli Pulların Yuyulması/Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə (PY/TMM) və onun tələbləri ilə bağlı məlumat və biliklərin daha geniş kütləyə daha səmərəli və effektiv metodlarla çatdırılmasıdır.
Tədbirdə MMX-nin direktoru Adışirin Qasımov qeyd edib ki, bütün ölkədə PY/TMM ilə bağlı ictimaiyyətin hüquqi mədəniyyətinin və institusional potensialın gücləndirilməsində belə mütərəqqi alətlər vacib rol oynayır.
Tədbirdə çıxış edən USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin pulların yuyulmasına qarşı mübarizədə əsas elementlərindən biri kimi bilik əldə edilməsinin və onunla bölüşmənin vacib olduğunu vurğulayıb. O, əlavə edib ki, e-tədris sistemi materialları öyrənmək üçün insanlara stimul yaradır və rəsmi təlimdən keçmək, sual-cavabda iştirak etmək və nəticə olaraq terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə ekspert olmaq imkanı verir.
Portalda pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin yaratdığı təhlükələr barədə geniş məlumatlar və bu növ fəaliyyətlərin qarşısının alınmasında hökumətin rolu barədə izahat xarakterli təqdimatlardan əlavə, PY/TMM qaydaları, beynəlxalq standartlar və qabaqcıl təcrübə, həmçinin Azərbaycanda qəbul edilmiş formal standartlar barədə məlumatlar yerləşdirilib.
Burada bankların müvafiq əməkdaşları PY/TMM ilə bağlı kurs keçərək MMX tərəfindən bu sahədə ekspert olduqlarını təsdiq edən sertifikat ala bilər. Kurs zamanı istifadəçilərin biliyini yoxlamaq üçün onlar bir sıra modullardan və kiçik yoxlamalardan keçir. Bu zaman MMX hər bir istifadəçinin irəliləyişini izləyə bilər. Kursu uğurla bitirən istifadəçilər MMX tərəfindən aparılan imtahanda iştirak edə bilər. Sistemin digər faydaları ilə yanaşı, onun yardımı ilə PY/TMM qaydalarının tələbləri barədə istifadəçilərin biliyinin artırılması potensial olaraq pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə edilən tranzaksiyalar barədə maliyyə təşkilatlarının könüllü şəkildə hesabat verməsinə şərait yaradacaq.
M.Qrin bildirib ki, elektron tədris portalı istifadəçilərə əvvəla pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında ümumi məlumatların internet vasitəsilə geniş ictimaiyyətə çatdırılmasına kömək edəcək. Eyni zamanda bu sahədə çalışan ekspert və peşəkarlar bu portal vasitəsilə cinayətkarlar tərəfindən pulları leqallaşdırmaq üçün istifadə etdikləri üsulları aşkar etməyə imkan verəcək. «Bu portalın əsas istifadəçiləri təbii ki, bank işçiləri olacaq, amma ümumilikdə istənilən şəxs, Azərbaycanın hər bir vətəndaşı bu portaldan istifadə edəcək, bu sahədə bilik əldə edə biləcək», - deyə USAID təmsilçisi vurğulayıb.
Tədbirdə həmçinin MMX-nin direktor müavini Anar Salmanovun müəllifi olduğu və bu yaxınlarda USAID-in maliyyə dəstəyi ilə dərc edilmiş «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun kommentariyası» adlı kitabı da təqdim edilib.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb