Bank Of Baku

«Bank of Baku» 900 mininci krediti rəsmiləşdirib

«Bank of Baku» 900 mininci krediti rəsmiləşdirib
# 23 oktyabr 2012 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» 1994-cü ildən indiyədək toplam olaraq 900 000-ci kreditini rəsmiləşdirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu rəqəm Azərbaycan bankları arasında ən yüksək göstəricidir.

Hazırda «Bank of Baku»nun ölkə boyunca onlarla filialına üz tutan müştərilərin çoxluğu bu rəqəmin ən qısa vaxtda 1 mln-a çatacağını ehtimal etməyə əsas verir.

İstehlak kreditləri sahəsində aparıcı mövqeyə sahib olan “Bank of Baku” hazırda Azərbaycanın bankçılıq sektorunda geniş yayılmış bir çox məhsul və xidmətləri ilk dəfə tətbiq edən kommersiya bankıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR