Bank Of Baku

«Rabitəbank» gələn həftə əlavə səhmlərin yerləşdirilməsinə başlayacaq

«Rabitəbank» gələn həftə əlavə səhmlərin yerləşdirilməsinə başlayacaq
# 23 oktyabr 2012 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 29-dan etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış «Rabitəbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 413 705 ədəd, emissiyanın ümumi həcmi isə 8 394 074,45 manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 42% artaraq 28,429 mln. manata çatacaq.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın nizamnamə kapitalı 20,053 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR