Bank Of Baku

Ziyad Səmədzadə: «Azərbaycandakı banklara kreditlərin faiz dərəcələrini aşağı salmağı tövsiyə edirəm»

Ziyad Səmədzadə: «Azərbaycandakı banklara kreditlərin faiz dərəcələrini aşağı salmağı tövsiyə edirəm»
# 24 oktyabr 2012 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına kreditlər üzrə faiz dərəcələrini aşağı salmağı tövsiyə edirəm». «APA-Economics»ə verilən məlumata görə, bunu parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bəyan edib.

Z.Səmədzadənin sözlərinə görə, bu, ölkədə kredit alanların sayını artıracaq, sahibkarlıqda canlanma yaradacaq, ümumilikdə iqtisadi inkişafa dəstək olacaq. Eyni zamanda komitə sədri bəyan edib ki, ölkədə daxili investisiyalar artır, beləliklə bank kreditləri də artır ki, kreditlər üzrə faizlərin aşağı salınması investisiyaların artmasına əlavə dəstək verəcək.

Qeyd edək ki, hazırda daxili investisiyalarının yalnız 5,6%-i bank kreditləri payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR