Bank Of Baku

«Expressbank» son bir ildə kredit portfelini 74% artırıb

«Expressbank» son bir ildə kredit portfelini 74% artırıb
# 29 oktyabr 2012 08:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il oktyabrın 1-nə 120,050 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 74% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın qısamüddətli kreditləri (12 ayadək) 75% artaraq 76,414 mln. manata, uzunmüddətli kreditləri (12 aydan artıq) 73% artaraq 43,636 mln. manata, istehlak kreditləri 78% artaraq 25,219 mln. manata, vaxtı keçmiş kreditlərin həcmi isə 52% azalaraq 1,573 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın depozit portfeli 80% artaraq 101,219 mln. manat, o cümlədən müddətli depozitlər 50% artaraq 27,012 mln. manat, tələb olunanadək depozitlər 93% artaraq 74,207 mln. manat təşkil edib.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Hazırda bankın ölkə üzrə 14 filialı, 60 bankomatı, 268 POS-terminalı və 309 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR