Bank Of Baku

Maliyyə naziri Samir Şərifov: «SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesi uğurla həyata keçirilir»

Maliyyə naziri Samir Şərifov: «SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesi uğurla həyata keçirilir»
# 29 oktyabr 2012 09:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bəyan edib.

«Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik, bu da onun göstəricisidir ki, işlər heç də pis təşkil olunmayıb», - deyə maliyyə naziri bildirib.

Nazir bu prosesdə müəyyən nöqsanların olduğunu da istisna etməyib: «Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər. Amma bunlar cüzi xarakter daşıyır, yəni kütləvi hallardan danışa bilmərik».

«Hesab edirəm ki, bu proses uğurla həyata keçirilir», - deyə S.Şərifov bildirib.

Qeyd edək ki, əmanətlərin qaytarılması nəticəsində 2012-ci il iyunun 1-dən oktyabrın 1-dək əmanətçilərə ümumilikdə 349,109 mln. manatdan çox vəsait ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR