Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini azaldıb

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini azaldıb
# 29 oktyabr 2012 10:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 1 761,1 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 12,5% azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində IDB-nin investisiyalarının xüsusi çəkisi 0,1% olub.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Hazırda IDB-nin Azərbaycan üzrə portfelinin həcmi 1,2 mlrd. ABŞ dollarına bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR