Bank Of Baku

Nazir: «Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün ciddi addımlar atılmalıdır»

Nazir: «Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün ciddi addımlar atılmalıdır»
# 29 oktyabr 2012 12:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi təkcə Maliyyə Nazirliyindən asılı olan məsələ deyil. «Amma güman edirəm ki, biz artıq bu sahə üzrə daha təsirli addımlar atmalıyıq», - deyə S.Şərifov vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri, o cümlədən icbari tibbi sığortanın hüquqi bazasının formalaşması istiqamətində addımlara bir neçə il əvvəl başlanıb. Belə ki, 2007-ci ilin dekabrında prezident İlham Əliyev səhiyyə sisteminin idarə olunmasını təkmilləşdirmək, əhaliyə tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaq, icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Amma indiyədək Agentliyin əsasnaməsi təsdiq olunmayıb. Bununla yanaşı, 2012-ci ildə ölkədə icbari tibbi sığortanın tətbiqinə hazırlıqlar yenidən başlanıb. Hətta 2012-ci ilin dövlət büdcəsində bu məqsədlə 30 mln. manat vəsait nəzərdə tutulub. Ekspertlərin fikrincə, icbari tibbi sığortanın tətbiqində ləngimənin səbəbi bu sistemin qurulması üçün səhiyyə sistemində köklü islahatların aparılmasının tələb olunmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR