Bank Of Baku

«Deka Bank»ın mənfəəti 27% azalıb

«Deka Bank»ın mənfəəti 27% azalıb
# 29 oktyabr 2012 12:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 62,058 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 88% artaraq 16,860 mln. manat, o cümlədən əhalinin əmanətləri 2,1 dəfə artaraq 14,145 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 14,6% artaraq 47,683 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 13% azalaraq 16,8569 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 4,4% azalaraq 16,277 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,417 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 12% azalaraq 5,059 mln. manat, xərcləri isə 5,9% artaraq 2,765 mln. manat olub. Nəticədə, bank bu ilin yanvar-sentyabr aylarında 2,294 mln. manat mənfəət əldə edib ki, bu da ötən ilin 9 aylıq mənfəətindən 26,7% azdır.

Xatırladaq ki, «Deka Bank» ASC 1992-cu ildə fəaliyyətə başlayıb. Oktyabrın 1-nə bankın 7 filialı, 2 bankomatı, 17 POS-terminalı və 100 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR