Bank Of Baku

Azərbaycanda ilk kredit bürosunun yaradılması üçün hazırlıq işlərinə start verilib

Azərbaycanda ilk kredit bürosunun yaradılması üçün hazırlıq işlərinə start verilib
# 30 oktyabr 2012 11:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən ölkədə ilk kredit bürosunun yaradılması üzrə İcra Komitəsi təşkil olunub.

Bu barədə «APA-Economics»ə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) «Azərbaycanda və Orta Asiyada maliyyə infrastrukturunun gücləndirilməsi Layihəsi»nin (ACAFI) nümayəndəsi Teymur Heybətov məlumat verib.

Kredit bürosunun yaradılması üzrə Komitəyə «Access Bank», «Azərbaycan Sənaye Bankı», «AGBank», «Bank Respublika», «Dəmirbank», «Muğan Bank», «Pasha Bank», «Turanbank» və «YapıKredi Bank Azerbaijan» daxil olub. Komitəyə sədrlik «Dəmirbank»ın İdarə Heyəti sədrinin müavini Rauf Axundova həvalə edilib.

Artıq Komitədə kredit bürosunun yaradılması üzrə hazırlıq işlərinə start verilib, əsas hazırlıq işi büroya xarici texniki tərəfdaş seçməkdir. Hazırda bununla bağlı sorğuların göndərilməsinə hazırlıq gedir. Xarici texniki tərəfdaşın seçilməsi prosesi 12-18 ay çəkə bilər.

Hələlik tərəfdaşın kredit bürosunda iştirak forması və ya iştirak payına malik olacağı dəqiqləşməyib. Bununla yanaşı, T.Heybətovun sözlərinə görə, optimal variant xarici tərəfdaşın 50%-dən çox paya malik olmasıdır: «Bu variantda kredit bürosunun idarə edilməsi bu şirkətə həvalə oluna bilər. Bu, iki cəhətdən yaxşıdır. Əvvəla onların idarəetmə sahəsində böyük təcrübəsi var və onlar dünyada tanınır. İkincisi, büronun bu şirkətlər tərəfindən idarə edilməsi və böyük paya malik olması qurumun müstəqilliyini təmin etməyə imkan verəcək». Bununla yanaşı, idarəetməni təkmilləşdirmək üçün bəzi məsələlər, məsələn, hesabatların qiyməti - 75% və ya daha artıq səs çoxluğu ilə qəbul oluna bilər.

Bu işlər «Kredit büroları haqqında» qanunun qəbulunadək başa çatmalıdır. T.Heybətov bildirib ki, IFC və yeni yaradılan komitə adı çəkilən qanunla bağlı xüsusi cəlb olunmuş ekspertin iştirakı ilə hazırlanmış şərhlərini Azərbaycan Mərkəzi Bankına təqdim edib. Hazırda qanun layihəsi Mərkəzi Bankda baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR