Bank Of Baku

«Turanbank»ın faiz mənfəəti son bir ildə 8% artıb

«Turanbank»ın faiz mənfəəti son bir ildə 8% artıb
# 30 oktyabr 2012 12:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin 2012-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 2,824 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün mənfəəti ilə müqayisədə 8% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 21% artaraq 16,744 mln. manat, o cümlədən faiz gəlirləri 15% artaraq 13,719 mln. manat , qeyri-faiz gəlirləri 66% artaraq 3,024 mln. manat olub.

Bu müddət ərzində bankın xərcləri 30% artaraq 13,919 mln. manat, o cümlədən faiz xərcləri 21% artaraq 7,187 mln. manat, qeyri-faiz xərcləri isə 65% artaraq 6,732 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 8,2% artaraq 6,532 mln. manata, qeyri-faiz zərəri isə 65% artaraq 3,7018 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 12 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR