Bank Of Baku

«AGBank»ın mənfəəti son bir ildə 56% artıb

«AGBank»ın mənfəəti son bir ildə 56% artıb
# 31 oktyabr 2012 12:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2012-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 3,392 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 56% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 9% artaraq 34,938 mln. manat, o cümlədən faiz gəlirləri 8% artaraq 25,913 mln. manat, qeyri-faiz gəlirləri 13% artaraq 9,025 mln. manat olub.

Bu müddət ərzində bankın xərcləri 9,2% artaraq 29,038 mln. manat, o cümlədən faiz xərcləri 21% artaraq 14,179 mln. manat, qeyri-faiz xərcləri isə 3,1% artaraq 14,858 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 1,3% azalaraq 11,734 mln. manata, qeyri-faiz zərəri isə 9% azalaraq 5,833 mln. manata çatıb.

Xatırladaq ki, «AGBank» 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 1132 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR