Bank Of Baku

Azərbaycan Hesablama Palatası 2013-cü ilin dövlət büdcəsinin layihəsinə rəy verib

Azərbaycan Hesablama Palatası 2013-cü ilin dövlət büdcəsinin layihəsinə rəy verib
# 01 noyabr 2012 07:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Hesablama Palatasının (AHP) son kollegiya iclasında «Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında» və «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında» qanun layihələrinə AHP-nin rəyləri təsdiq olunaraq Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, kollegiyada həmçinin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Ağstafa rayon İcra Hakimiyyətinə Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Bərdə rayon İcra Hakimiyyətinə Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisinə və Bərdə şəhər 6 nömrəli uşaq bağçasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadənin auditlərinin nəticələrinə dair hesabat və rəylər müzakirə olunaraq Milli Məclisə təqdim edilməsi qərara alınıb.

Bundan başqa, iclasda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Mədəniyyət və Turizm Nazirliyinə və onun tabeliyində olan mədəniyyət müəssisələrinə (seçmə qaydada) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi şəhər Xəstəxanasına və Lənkəran şəhəri Maliyyə İdarəsi üzrə xəzinə əməliyyatlarının düzgünlüyünə və dövlət büdcəsinin yerli xərclərindən Cəlilabad rayon təhsil şöbəsi, Mədəniyyət və Turizm İdarəsi və Cəlilabad rayon İcra Hakimiyyətinin Cəlilabad şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit proqramları da təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR