Bank Of Baku

İranda dollar və avronun kursu enib

İranda dollar və avronun kursu enib
# 01 noyabr 2012 11:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda ABŞ dollarının və avronun kursu iki gün öncə ilə müqayisədə bir qədər də düşüb.

APA-nın İRNA-ya istinadən məlumatına görə, 1 ABŞ dollarının qiyməti dünənki kursla müqayisədə 35 rial ucuzlaşaraq 25 min 225 rial, 1 avronun qiyməti isə 36 rial düşərək 32 min 704 rial olub.

İranın Mərkəzi Bankı valyutadəyişmə məntəqələri üçün xarici valyutanın yeni kursunu elan edib. İranda noyabrın 1-i üçün valyuta kursu aşağıdakı kimi müəyyənləşdirilib. 1 ABŞ dolları 25225 rial, 1 avro 32704 rial, 1 BƏƏ dirhəmi 6868 rial, 1 türk lirəsi 14074 rial, 1 rus rublu 804 rial, 1 hind rupisi 469 rial, 1 Çin yuanı 4043 rial, 1 yapon iyeni 31500 rial olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR