Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditləşməsi 500 mln. Dollara çatıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi 500 mln. Dollara çatıb
# 02 noyabr 2012 10:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 4,48 mln. manat ipoteka krediti verilib. Bu, sentyabr ayında verilən ipoteka kreditləri ilə müqayisədə 46% artıqdır. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.

Nəticədə, bu ilin 10 ayı ərzində verilən ipoteka kreditlərinin ümumi məbləği 50,06 mln. manata çatıb. Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 395,6 mln. manata çatıb. Nəticədə, 2012-ci il noyabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 42,6 manat təşkil edib.

Oktyabrda AİF tərəfindən 5,18 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Sentyabr ayı ilə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 30,5% artıb. Nəticədə, ilk 10 ayda 74,68 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək isə verilən ipoteka kreditlərinin 326,9 mln. manatı və ya 82,63%-i təkrar maliyyələşdirilib.

Oktyabr ayında İpoteka Fondu istiqraz buraxmayıb. Nəticədə, ilk 10 ayda fondun buraxdığı istiqrazların həcmi dəyişməyərək 23 mln. manat qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR