Bank Of Baku

«Unibank» metro işçiləri üçün kredit kampaniyası keçirir

«Unibank» metro işçiləri üçün kredit kampaniyası keçirir
# 02 noyabr 2012 11:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Unibank» ASC noyabr ayndan başlayaraq dekabrın 1-dək Bakı Metropoliteni işçiləri üçün kredit kampaniyası keçirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, metro işçilərinə kreditlər üzrə illik faiz dərəcəsindən 2 faiz bəndi qədər endirim edir. Aksiya çərçivəsində kreditin rəsmiləşdirilməsi üçün yeganə tələb olunan müştərinin şəxsiyyətini təsdiq edən sənəddir. İş yerindən arayış tələbi ləğv olunub.

Kreditin maksimal məbləği 5000 manatdır, 3-24 aylıq müddətə olan nağd kreditlər üçün şəxsiyyəti təsdiq edən sənəd və iş yerindən arayış tələb olunur, 3000 manatadək kredit isə zaminsiz verilir. Hətta digər banklar qarşısında borc öhdəlikləri olan müştərilərə kredit verilməsi mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR