Bank Of Baku

«AXA-Mbask» zəlzələdən zərər çəkənlərə 80 min manatdan çox vəsait ödəyib

«AXA-Mbask» zəlzələdən zərər çəkənlərə 80 min manatdan çox vəsait ödəyib
# 02 noyabr 2012 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti bu ilin may ayında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələlərdən ziyan çəkən müştərilərinə 6 sığorta hadisəsi üzrə ümumilikdə 80 min manatdan çox ödəniş edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkət tərəfindən Mətanət Səmədovaya (Zaqatala r-nu) 42 min manat, Könül Həmidovaya (Şəki r-nu) 13,2 min manat, Rəmziyə Süleymanovaya (Şəki r-nu) 1,2 min manat, Hikmət Qafarova (Şəki r-nu) 8,677 min manat, Adil Süleymanova (Şəki r-nu) 9,243 min manat və Nərminə Rəsulovaya (Şəki r-nu) 7,725 min manat ödənilib.

Qeyd edək ki, bütün ödəmələr qısa müddət ərzində həyata keçirilib və bu, «AXA- Mbask» şirkətinin zərərlərin keyfiyyətli və operativ tənzimlənməsi strategiyasının uğurla tətbiq edildiyini sübut edir.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu ilin may ayının əvvəllərində Zaqatala şəhəri yaxınlığında dörd yeraltı təkan baş verib, nəticədə onlarla ev ciddi zədələnib. İlk yeraltı təkan şəhərin 17 km cənub-qərbində baş verib. Zaqatala və Qax rayonları ərazisində zəlzələnin gücü 7 bal, Şəki, Oğuz, Qazax, Tovuz və başqa rayonlarda isə 2-5 bal olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR