Cədvəldən göründüyü kimi, 2010-2011-ci illərdən fərqli olaraq, bu il ərzində valyuta ehtiyatları üzrə artım dinamikası kəskin deyil. Ümumilikdə, ilin əvvəlindən artım 1 261,7 mln. manat və ya 12,0% təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə artım 1 245,9 mln. manat və ya 24,1%, 2011-ci ildə isə 4 073,9 mln. manat və ya 63,6% təşkil edib. Lakin qeyd olunmalıdır ki, təkcə ötən ilin dekabrında valyuta ehtiyatları birdən-birə 3,454 mlrd. dollar və ya 49,2% artıb və bu artım Mərkəzi Bank tərəfindən dekabr ayında bazardan valyuta vəsaitlərini iri həcmdə alması ilə əlaqədar olub.