«Bank Standard» treyderlər üçün «Super Trader» yarışmasına başlayır
![«Bank Standard» treyderlər üçün «Super Trader» yarışmasına başlayır](https://apa.az/storage/news/2012/november/05/big/blank.jpg)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC iki həftəlik «Super Trader» yarışmasına start verir.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yarışa qoşulmaq istəyənlər cari ilin noyabrın 5-dən 18-dək http://trader.bankstandard.com/az/joinlinks/ saytına daxil olub qeydiyyatdan keçə bilərlər.
Noyabrın 19-da startı veriləcək treyderlərin yarışması dekabrın 2-dək davam edəcək. İştirakçılar «Bank Standard Trader» platforması vasitəsilə on-line rejimdə (24/7) dünyanın 25 birjasında Forex (160-dan çox valyuta cütlüyü), səhmlər (14 000 səhm), CFD (8400 müqavilə), Fyuçers (21 dünya birjasından 175-dən çox müqavilə növü), opsionlar və digər derivativlər daxil olmaqla çoxlu sayda maliyyə alətləri ilə əməliyyat aparmaq imkanı əldə edəcək. Hər bir iştirakçı üçün açılacaq demo hesabdakı vəsaitin məbləği 100 000 dollar təşkil edəcək.
«Super Trader» yeni başlayan və təcrübəli treyderlərə öz ticarət strategiyalarını yoxlamağa, bilik və bacarıqlarını artırmağa şərait yaradacaq, əməliyyatlar uğurla nəticələndikdə isə «Bank Standard»da açılacaq hesablarına pul uduşu qazanmağa imkan verəcək. Yarışmanın nəticələrinə əsasən, gəlirlərinin həcminə görə ilk 3 yeri tutan iştirakçıların hesablarına real bazarda əməliyyatlar aparmaq üçün pul uduşları köçürüləcək. Ən yüksək nəticəyə sahib olan iştirakçı 3 000 dollar, ikinci yeri tutan şəxs 2000 dollar, üçüncü yerin sahibi isə 1 000 dollar məbləğində pul uduşu ilə mükafatlandırılacaq.
Qeyd edək ki, «Bank Standard»ın «Super Trader» yarışmasında iştirak pulsuz, uduşlar isə real pullardır.

Maliyyə
![Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və materialların siyahısı dəyişib](https://apa.az/storage/news/2024/june/22/big/66768b9bda37966768b9bda37a171904501959ec0531e640955cd45e837bd7f78cd3.jpg)
Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və materialların siyahısı dəyişib
![Dünya fond bazarlarının əsas indeks göstəriciləri](https://apa.az/storage/news/2024/june/22/big/667670f283851667670f2838521719038194667670f28384f667670f283850.jpg)
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
![PAŞA Həyat şirkətinin dəstəyilə Beynəlxalq Sığorta Forumu baş tutub](https://apa.az/storage/news/2024/june/21/big/66757460a49a266757460a49a3171897353566757460a499f66757460a49a1.jpg)
PAŞA Həyat şirkətinin dəstəyilə Beynəlxalq Sığorta Forumu baş tutub
![BFB-də AccessBank-ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək](https://apa.az/storage/news/2024/june/21/big/667562fec8a84667562fec8a851718969086667562fec8a82667562fec8a83.png)