Bank Of Baku

Azərbaycanda pul bazası oktyabrda azalıb

Azərbaycanda pul bazası oktyabrda azalıb
# 05 noyabr 2012 14:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2012-ci il noyabrın 1-nə 9 291,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il noyabrın 1-nə nisbətən bu göstərici 2 101,5 mln. manat və ya 29,2% artıb.

Eyni zamanda, oktyabr ayında pul bazası 8,5 mln. manat və ya 0,1% azalıb. Ümumilikdə isə bu ilin əvvəlindən pul bazasının artımı 1 015,9 mln. manat və ya 12,3% təşkil edib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya banklarının qarşısında və digər öhdəlikləri icra edir. Pul bazasının artması ölkədə pul təklifin yüksəldiyini əks etdirir. O cümlədən, bu artım nağd pulların və/və ya Mərkəzi Bankda olan bankların vəsaitləri hesabına baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR