Bank Of Baku

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 13% artırıb

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 13% artırıb
# 06 noyabr 2012 07:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 223,490 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20% artaraq 179,968 mln. manat, depozit portfeli 51% artaraq 130,679 mln. manat, o cümlədən müddətli depozitlər 30% artaraq 72,747 mln. manat, tələb olunanadək depozitlər 89% artaraq 57,932 mln. manat, əhalinin əmanətləri isə 41% artaraq 76,983 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın cəmi müştəriləri 35% artaraq 22 235, o cümlədən fiziki şəxslərin sayı 34% artaraq 19 900, hüquqi şəxslərin sayı 41% artaraq 2 335 olub.

Təhlil olunan dövr ərzində bankın plastik kartlarının sayı 3,4% artaraq 7 599-a, o cümlədən debet kartlarının sayı 0,1% artaraq 5 907-yə, kredit kartlarının sayı 17% azalaraq 1 692-yə çatıb.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın 17 filialı, 33 bankomatı, 1 879 POS-terminalı və 310 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR