Nazir müavini: «Azərbaycanın gələn ilki büdcəsinin icrası üçün heç bir təhlükə yoxdur»
06 noyabr 2012 09:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
Gələn il hər hansı bir böhran və ya digər mənfi irimiqyaslı hallar baş verdikdə, bunun dövlət büdcəsinə mənfi təsirinin mümkünlüyünü şərh edən A.Bayramov bəyan edib ki, hələlik bununla bağlı heç bir ehtimal yoxdur. Lakin belə bir ehtimal olsa da, bu, birbaşa büdcənin icrası üçün təhlükə yaratmayacaq. A.Bayramov qeyd edib ki, hər hansı bir səbəbdən, o cümlədən xarici bazarda konyunkturun pisləşməsinə görə büdcə gəlirləri ciddi şəkildə azalacağı təqdirdə büdcənin sekvestri, yəni büdcə xərclərinin azaldılması mümkündür. Azərbaycanda hətta belə bir addım atılsa, bu, iqtisadi və ya makroiqtisadi baxımdan mənfi nəticə verməyəcək, çünki büdcənin böyük bir hissəsi dövlət investisiya layihələri ilə bağlıdır ki, bunların təxirə salınması ciddi problem yaratmır.
Bununla yanaşı, nazir müavini Azərbaycanda büdcənin sekvestrinə də ehtiyac olmayacağını bildirib. A.Bayramovun sözlərinə görə, büdcə gəlirlərində hər hansı problem yaransa da, Dövlət Neft Fondundan büdcəyə transfertləri artırmaqla problemləri aradan qaldırmaq və büdcənin tam şəkildə icrasını təmin etmək mümkündür.
Xatırladaq ki, bu ilin III rübün sonuna Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 33,2 mlrd. dollara çatıb. Gələn il dövlət büdcəsinə Fonddan transfertlərin həcmi 11,350 mlrd. manat təşkil edəcəyi gözlənilir ki, bu da ümumi büdcə gəlirlərinin 59%-nə bərabərdir.

Maliyyə
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
19:35
25 may 2024
"Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
17:52
25 may 2024
"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək
17:01
25 may 2024
Qarabağda Bir başlanğıc daha: Kapital Bank-ın Xankəndi filialı açılıb
14:57
25 may 2024