«Bank of Baku»nun xidmətlərindən istifadə edən müştərilərin sayı 500 minə çatıb
06 noyabr 2012 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu günlərdə «Bank of Baku»nun xidmətlərindən istifadə edən müştərilərin sayı 500 minə çatıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Bank of Baku»nun xidmətlərindən faydalanan şəxslərin bir hissəsini isə əmanətçilər təşkil edir. Belə ki, bankın əmanət portfelinin həcmi cari ilin noyabr ayının 1-nə 323 mln. manatdan çox təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 49%, cari ilin əvvəli ilə müqayisədə isə 36% çoxdur.
Qeyd edək ki, hazırda «Bank of Baku» müştərilərə iki əmanət növü - «Dinamik» və «Çevik» əmanət növünü təklif edir.
«Dinamik» əmanətinin əsas üstünlüklərinə əmanəti artırmaq və azaltmaq imkanı, minimal məbləğ 100 manat, əmanət açan yeni müştəriyə bankdan əlavə olaraq +1% hədiyyə daxildir.
«Çevik» əmanətinin çevikliyi isə əsasən əmanətin istənilən vaxt, cəriməsiz çıxarılması və bununla yanaşı, çıxarılan əmanətə hesablanan faizlərin yüksək olmasındadır. Faizlərin ödənilməsi əmanət çıxarılarkən və ya müddətin sonunda həyata keçirilir. «Bank of Baku» hər iki əmanət üzrə məbləğin 80%-i həcmində pul krediti almağı da təklif edir.

Maliyyə
PAŞA Sığortadan “Kia” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya
18:37
21 may 2024
Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb
14:50
21 may 2024
COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir
12:57
21 may 2024
"PSG Finans"ın rəhbər şəxsi cərimələnib
11:32
21 may 2024