2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın valyuta hərraclarında 757 milyon dollar satılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
“Müqayisə üçün, bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard dollar, 2024-cü ildə isə 3,7 milyard dollar olub”, - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, bank sektorunda dedollarizasiya prosesi davam edir: “Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2026-cı ilin iyun ayının sonunda 25,6% olub ki, bu da ilin əvvəli ilə müqayisədə 3,8 faiz bəndi azalma deməkdir. Qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 53,5% təşkil edib və ilin əvvəlindən 8,3 faiz bəndi azalıb. Hesabat dövründə fiziki şəxslərin manat əmanətləri 11,6% və ya 1,3 milyard manat artıb. Nəticədə, fiziki şəxslərin manat əmanətlərinin ümumi həcmi 2026-cı ilin iyun ayının sonuna 12,5 milyard manata çatıb”.