Bank Of Baku

7 ayda dövlət büdcəsindən 191,6 mln. manat fiziki və hüquqi şəxslərə geri qaytarılıb

7 ayda dövlət büdcəsindən 191,6 mln. manat fiziki və hüquqi şəxslərə geri qaytarılıb
# 06 avqust 2026 10:56 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 191 milyon 596,3 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən məlumat verilib.

Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR