Bank Of Baku

AİB: 2018-ci ildə Azərbaycandan olan əmək miqrantlarının pul köçürmələri ölkə ÜDM-nin 2,8%-nə bərabər olub

AİB: 2018-ci ildə Azərbaycandan olan əmək miqrantlarının pul köçürmələri ölkə ÜDM-nin 2,8%-nə bərabər olub
# 04 fevral 2020 16:52 (UTC +04:00)

2018-ci ildə Azərbaycandan olan əmək və iqtisadi miqrantlar tərəfindən ölkəyə göndərilən beynəlxalq pul axını Azərbaycanda ÜDM-in 2,8%-nə bərabər olub.

Bu barədə "APA-Economics" Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi hesabata istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, bu, 2017-ci ilin göstəricisi ilə eyni olsa da, 2016-cı ildəkindən 1,1 faiz bəndi çoxdur.

Qonşu Gürcüstanda əmək və iqtisadi miqrantlar tərəfindən göndərilən pul axını ölkə ÜDM-nin 12,2%-ni təşkil edib. Siyahıda yer almış ölkələr arasında ən yüksək göstərici Qırğızıstanda (ÜDM-in 33,6%-i), ən aşağı göstərici isə Türkmənistanda (0%) olub.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 79 797,3 mln. manatlıq ÜDM istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR