Bank Of Baku

Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu azalıb

Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu azalıb
# 29 mart 2020 11:01 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar sahələrə 700 min manat həcmində sərmayə qoyulub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən  istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu fəaliyyətlə bağlı sərmayələrin həcmi 28,6% azalıb. 

Məlumata əsasən, ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunda bu kateqoriyaya sərmayələrin xüsusi çəkisi 0,04 %-dəkdir.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7% çox vəsait yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR