Bank Of Baku

Azərbaycanın sığorta bazarı ötən il 6% azalıb

Azərbaycanın sığorta bazarı ötən il 6% azalıb
# 07 fevral 2020 13:35 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2019-cu il ərzində 681,177 mln. manat həcmində sığorta haqqı toplanıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2018-ci illə müqayisədə sığorta yığımları 6,4% azalıb.

Hesabat dövründə şirkətlər tərəfindən 301,537 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 25,5% çoxdur.

Hesabat ilində könüllü sığorta bazarı üzrə yığımlar 456,604 mln. mant, ödənişlər 220,910 min manat təşkil edib. İllik müqayisədə müvafiq olaraq 14,8% azalma, 28% artım qeydə alınıb.

2019-cu il ərzində şirkətlərin icbari sığorta yığımları 224,573 mln. manat, ödənişləri 80,627 mln. manat olub. Bu isə illik müqayisədə yığımlarda 17% artım, ödənişlərdə 19% artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR