Bank Of Baku

BFB-nin dövriyyəsi yanvarda kəskin azalıb

BFB-nin dövriyyəsi yanvarda kəskin azalıb
# 05 fevral 2020 17:45 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) 2020-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 667 283 378 manat təşkil edib.

"APA-Economics"in BFB-yə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azalma deməkdir.

Bu müddət ərzində dövlət qiymətli kağızlar bazarının həcmi 6,6 dəfə azalaraq 217 200 392 manat, korporativ qiymətli kağlızlar bazarının həcmi isə əksinə 7,9 dəfə artaraq 396 906 258 manat olub. Repo əməliyyatların həcmi də 42,5% artaraq 53 176 729 manata yüksəlib.

Nəticə, 2020-ci ilin yanvar ayı üzrə qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 359% böyümə qeydə alınıb.

2020-ci ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3 841 280 572,82 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR