Bank Of Baku

Neft Fondu yanvarda valyuta satışını 53% azaldıb

Neft Fondu yanvarda valyuta satışını 53% azaldıb
# 05 fevral 2020 10:10 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,7% azdır.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvarinda fond 634,9 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Ötən ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında ARDNF valyuta satışını 66,1% (3 dəfəyə yaxın) artırıb.

Qeyd edək ki, ötən il Fond tərəfindən 6 593,86 mln. ABŞ dolları məbləğində valyuta satılıb. Bu göstərici 2018-ci il ilə müqayisədə 133,46 mln. dollar və ya 2,1% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR