ABA-da iki işçi qrupu yaradılıb

ABA-da iki işçi qrupu yaradılıb
# 04 mart 2024 14:11 (UTC +04:00)

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG & Sustainable banking Expert Group) yaradılıb və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılıb.

"APA-Economics" ABA-ya istinadən xəbər verir ki, “Kredit işi Ekspert Qrupu”nun daxilində fəaliyyəti nəzərdə tutulan alt Ekspert Qrupları “Mikro Kreditləşmə İşçi Qrupu” və “Pərakəndə Bankçılıq İşçi Qrupu” yaradılıb.

Yeni yaranmış “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”na “ABB” ASC-nin Strategiya Ofisinin direktoru Vüsal Şahverdiyevin, “Pərakəndə Bankçılıq İşçi Qrupu”na “ABB” ASC-nin Pərakəndə Kreditləşmə sahəsinin rəhbəri Eldar Xubanlının və “Mikro Kreditləşmə İşçi Qrupu”na “Yelo Bank” ASC-nin Mikro Biznes Müştəriləri departamentinin direktoru Yaşar Soltanovun sədrliyi təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR