Bank Of Baku

ABŞ-ın büdcə kəsiri 191 mlrd. dolları ötüb

ABŞ-ın büdcə kəsiri 191 mlrd. dolları ötüb
# 13 dekabr 2021 16:02 (UTC +04:00)

Noyabrda ABŞ-ın dövlət büdcəsinin kəsiri keçən ilin noyabrı ayı ilə müqayisədə 31,7% artaraq 145,266 mlrd. 191,335 mlrd. dollara çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, büdcə gəlirləri bir il əvvəlki 219,553 mlrd. dollarla müqayisədə 28,1% artaraq 281,208 mlrd. dollara çatıb. Eyni zamanda, xərclər ötən ilin noyabrındakı 364,819 mlrd. dollara qarşı 29,5% artaraq 472,543 mlrd. dollar təşkil edib.

Bu arada, oktyabrın 1-dən başlayan 2022-ci maliyyə ilinin iki ayı ərzində ABŞ büdcəsinin mənfi saldosu 17% azalaraq 356,39 mlrd. dollar təşkil edib.

Cari maliyyə ilinin əvvəlindən büdcə gəlirlərinin həcmi 23,6% artaraq 565,135 mlrd. dollara, xərclər isə 3,9% artaraq 921,526 mlrd. dollara çatıb.

Sentyabrın 30-da başa çatan 2021-ci maliyyə ilinin sonunda ABŞ-ın dövlət büdcəsinin mənfi saldosu 11% azalaraq 2,772 trln. dollar təşkil edib. Bir il əvvəl 3,1 trln. dollarlıq rekord kəsir qeydə alınmışdı.

Sonuncu dəfə ölkədə büdcə profisiti 2001-ci ildə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR