“Access Bank”ın rəhbərliyində dəyişiklik olub

“Access Bank”ın rəhbərliyində dəyişiklik olub
# 24 aprel 2024 09:47 (UTC +04:00)

“Access Bank”ın rəhbərliyində dəyişiklik olub.

APA-Economics”in əldə etdiyi məlumata görə, Molejon Maria Fernanda bankın Müşahidə Şurasının yeni üzvü seçilib. Verner Klas isə MŞ-nin üzvlüyündən ayrılıb.

Qeyd edək ki, MŞ-nin sədri də daxil olmaqla “Access Bank”ın Müşahidə Şurasının tərkibi hazırda 5 nəfərdən ibarətdir.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 270,1 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR