"Adore" 9 mln. manata yaxın kapitalını geri çəkib

"Adore" 9 mln. manata yaxın kapitalını geri çəkib
# 21 fevral 2024 11:54 (UTC +04:00)

Azərbaycan bazarında parfümeriya və kosmetika məhsullarının pərakəndə ticarəti və distribütorluğunu həyata keçirən "Adore Kompani" MMC nizamnamə kapitalını kəskin azaldıb.

"APA-Economics" xəbər verir ki, şirkət nizamnamə kapitalından 8 milyon 769,5 min manat çıxararaq onu 100 min manata endirib. Bundan əvvəl, "Adore Kompani"nin nizamnamə kapitalı 8 milyon 869,5 milyon manat təşkil edib.

Qeyd edək ki, "Adore Kompani" MMC 1999-ci ildə yaradılıb. 2020-ci ildə bu sahənin ikinci böyük pərakəndəcisi olan "Sabina" Mağazalar Şəbəkəsi ilə birləşib. Şirkətin hazırda qanuni təmsilçisi Nərmin Vəkil qızı İsmayılovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR