Bank Of Baku

“AFB Bank”ın əməliyyat mənfəəti 2 dəfə azalıb - HESABAT

“AFB Bank”ın əməliyyat mənfəəti 2 dəfə azalıb - HESABAT
# 25 aprel 2023 17:26 (UTC +04:00)

“AFB Bank” 2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb

APA-Economics” “AFB Bank”a istinadən xəbər verir ki, cari ilin birinci rübündə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 40.5% artaraq 2 milyon 603 min manat təşkil edib.

Hesabat dövründə bank müştərilərə 166 milyon 831 min manat(illik müqayisədə 14% çox) kredit verərək 3 milyon 71 min manat faiz gəliri əldə edib. Bu dövrdə bankın xalis faiz gəlirləri azalıb. Belə ki, cari ilin ilk 3 ayında bankın xalis faiz gəlirləri 10.5% azalaraq 3 milyon 296 min manata bərabər olub.

Bankın əməliyyat mənfəətində ciddi azalma olub. Ötən ilin birinci rübündə bankın əməliyyat mənfəəti 2 milyon 22 min təşkil etdiyi halda, cari ilin birinci rübündə bu rəqəm 2 dəfədən çox azalaraq 989.98 min manat təşkil edib.

“AFB Bank”ın depozit portfeli 127 milyon 524 min manat(illik müqayisədə 19.4% çox) təşkil edib ki, bununda 37 milyon 87 min manatı(illik müqayisədə 36.2% çox) fiziki şəxslərin, 90 milyon 437 min manatı(illik müqayisədə 17.4% çox) isə hüquqi şəxslərin depozitləridir.

“AFB Bank”ın aktivləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 290 milyon 437 min manat təşkil edib. Öhdəlikləri isə 19% artaraq 215 milyon 345 min manata yüksəlib.

Bankın cəmi kapitalında ciddi azalma baş verib. 2023-cü ilin aprel ayının 1-nə bankın cəmi kapitalı 9.6% və ya 7 milyon 984 min manat azalaraq 75 milyon 142 min manata enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR