“Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü Abid Məmmədov “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədrinə müşavir təyin edilib.
"APA-Economics" bu barədə banka istinadən xəbər verir. O eyni zamanda “Azfinance İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədridir. A.Məmmədov həmçinin, investisiya şirkətinin nizamnamə kapitalında 85 %-lik paya malikdir.