2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri ÜDM-in 2,1%-ni, 2024-cü ildə isə ÜDM-in 2,2%-ni təşkil edəcək.
"APA-Economics"in məlumatına görə, bu proqnoz Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib. AİB həmçinin 2023-cü ildə Azərbaycanın tədiyə balansında profisiti ÜDM-in 32,2%-i, 2024-cü ildə ÜDM-in 30,2%-i səviyyəsində proqnozlaşdırıb.