AMB: Azərbaycanda hər 3.3 min nəfərə bir bankomat düşür

AMB: Azərbaycanda hər 3.3 min nəfərə bir bankomat düşür
# 27 fevral 2024 16:45 (UTC +04:00)

2024-cü il fevral ayının 1-nə Azərbaycanda bankomatların sayı 3116 ədəd, POS-terminalları sayı isə 88 751 ədəd təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, Azərbaycanda 3.3 min nəfərə bir bankomat, 120 nəfərə isə bir POS-terminal düşür.

Qeyd edək ki, bu dövrdə bir bankomata düşən əməliyyatların orta aylıq həcmi 901 min 404 manata, bir POS-terminala düşən əməliyyatların orta aylıq həcmi isə 12 min 39 manata bərabər olub.

Xatırladaq ki, bankomatların 1610 ədədi(51.7%-i) Bakıda, 210 ədədi(6.7%-i) Abşeron-Xızı iqtisadi rayonunda, 164 ədədi(5.3%-i) Gəncə-Daşkasən iqtisadi rayonunda, 141 ədədi(4.5%-i) Mərkəzi Aran rayonunda, 991ədədi (31.8%-i) isə digər iqtisadi rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR