Paşha Bank
Bank Of Baku

AMB: Bank sektorunun likvidlik mövqeyi komfort zonadadır

AMB: Bank sektorunun likvidlik mövqeyi komfort zonadadır
# 13 oktyabr 2026 17:55 (UTC +04:00)

2026-cı ilin birinci yarımilində məcmu likvidliyin örtülmə əmsalı (LCR) 2025-ci ilin sonu ilə müqayisədə 6 faiz bəndi artaraq 160%, milli valyutada isə 11 faiz bəndi artaraq 138% təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Həm məcmu, həm də manatda LCR göstəricisi üzrə bütün banklar minimum requlyativ tələbi üstələyib. (2026-cı ilin iyun ayının sonuna məcmu və manatda LCR üzrə minimum tələblər müvafiq olaraq 100% və 70- 80% təşkil edir). 2025-ci ilin sonu ilə müqayisədə sektor üzrə yüksək keyfiyyətli likvid aktivlər 13% (1.9 mlrd. manat) artaraq 17 mlrd. manat təşkil edib, sektorun xalis nağd ödənişləri isə 9% (908 mln. manat) artaraq 10.6 mlrd. manat olub. Bankın likvidlik göstəricilərindəki artımın əsas səbəbi yüksək keyfiyyətli likvid aktivlərin artımıdır ki, bunun da əsas drayveri overnayt depozitlər və MB-da repo çərçivəsində yerləşdirilmiş depozitlərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR