Bank Of Baku

AMB: Bankları 10-15 ailəlik kənddə ATM qurmağa məcbur edə bilmərik

AMB: Bankları 10-15 ailəlik kənddə ATM qurmağa məcbur edə bilmərik
# 12 aprel 2023 12:39 (UTC +04:00)

Bankları 10-15 ailəlik kənddə ATM qurmağa məcbur edə bilmərik.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun analitiklərinin təklif və iradlarına cavab olaraq Azərbaycan Mərkəzi Bankının milli ödəniş sistemlərinin inkişafı və nəzarət şöbəsinin nümayəndəsi Xəyalə Məmmədova deyib.

O bildirib ki, maliyyə sektoru özü də biznesinin inkişafında maraqlıdır. Amma sektor çəkdiyi xərcin müqabilində nə qədər gəlir əldə edəcəyini hesablayır.

"Bank göstərdiyi xidmətlə bağlı gəlir götürə bilmirsə, Mərkəzi Bank onun qarşısında tələb qoya bilməz. Çünki bu artıq rəqabətqabiliyyətli bazar mexanizminin yaradılmasına əngəl yaradır" - AMB-nin nümayəndəsi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR