Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, avqustun 19-da keçiriləcək hibrid depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlb ediləcəyi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gün təşkil edir.