Bank Of Baku

AMB: İcbari avtosığorta üzrə ən çox şikayət “Xalq Sığorta”dan olub

AMB: İcbari avtosığorta üzrə ən çox şikayət “Xalq Sığorta”dan olub
# 14 mart 2024 09:34 (UTC +04:00)

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (4.44 indeksi ilə) olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin fevral ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət - "Bakı Sığorta" isə 2.36 indeksi ilə ikinci, “Atəşgah Sığorta” 1.80 indeksi ilə siyahıda üçüncü olub.

Avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta" və lisenziyası ləğv olunmuş "Günay Sığorta" “Naxçıvansığorta” ASC vә "Azәrsığorta" ASC-nin müqavilә sayları vә şikayәt sayları hesablamada nәzәrә alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR