Bank Of Baku

AMB inflyasiya proqnozlarını açıqlayıb - QRAFİK

AMB inflyasiya proqnozlarını açıqlayıb - QRAFİK
# 17 dekabr 2021 16:31 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, cari ildə orta illik inflyasiya 6,3-6,6%, illik inflyasiya isə 11,4-11,9% səviyyəsində gözlənilir.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

Qeyd edək ki, cari ilin ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ortaillik inflyasiya 7,4%, təkcə qida məhsulları üzrə 7,4, spirtli içkilər üzrə 2,4%, tütün məmulatları üzrə 9,6%, qeyri-ərzaq məhsulları üzrə 4,8%, ödənişli xidmətlər üzrə isə 5,4% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR