Bank Of Baku

AMB Naxçıvanda lisenziyasız sığorta xidməti göstərən təşkilatla bağlı məsələyə aydınlıq gətirib

AMB Naxçıvanda lisenziyasız sığorta xidməti göstərən təşkilatla bağlı məsələyə aydınlıq gətirib
# 03 may 2023 12:49 (UTC +04:00)

Naxçıvan Dövlət Sığorta Xidmətinin fəaliyyətinə qanunvericilik çərçivəsində baxılmalıdır.

Bunu "APA-Economics"in sualına cavab olaraq Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.

Z. Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətinə Mərkəzi Bank tərəfindən hər hansı sığorta lisenziyası verilməyib:

"Təşkilat Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci ildə sərəncamı ilə yaradılıb. Ona görə də təşkilatın fəaliyyəti ilə bağlı qərar qanunvericilik çərçivəsində müəyyən edilməlidir" - deyə, baş direktor əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR